1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaranmışdı. Onun təşkilatçısı Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğludur. Sabir Rüstəmxanlının “Difai fədailəri” romanında o dövrün adamlarını müdafiə hərəkatına qoşan səbəbər. Azərbaycanı xilas etmək yolunda ziyalılarımızın apardığı çətin və şərəfli mübarizə əksini tapmışdır.
|