TƏQVİM

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 


 
ARXIV

May 2012 (81)
Aprel 2012 (367)
Mart 2012 (202)
Fevral 2012 (115)
Yanvar 2012 (57)
Dekabr 2011 (44)
 


 
SORĞU


Yaxşıdır
Pis deyil
Pisdir


 


 
Linklər













  Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur  
 
Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur


Böyük fransız yazıçısı, əsərlərini sevə-sevə oxuduğumuz Viktor Hüqo öz vətinində dramaturq, yazıçı kimi şöhrət qazanmışdısa da, onun gözəl lirik şeirləri də var idi. Bu şeirlər Parisdə çap olunur və oxucuların ruhunu oxşayırdı.
Cəlil Məmmədqulzadə istedadlı satirik yazıçı və dramaturq olsa da, o poeziya sahəsində qələmini sınamış, zəmanəsinin güzgüsünə çevrilmiş şeirlər də yazmışdır. Bu anlamda C.Məmmədqulzadə yaradıcılığı Viktor Hüqonun yaradıcılıq səviyyəsinə qalxmış və bir vəhdət təşkil etmişdir.

Qız və nənə

Qız həmişə deyir:
Həmişə sən mürgülüyürsən, nənə,
Yırğalayırsan başını, gəlsənə,
Yuxlamayıb qulaq verəsən mənə,
Söhbət edək sən mənə, həm mən sənə.
_______________________________
Hansı səbəbdən üzünün dərisi
Qırış-qırışdır çölü, içərisi?
Mənim üzüm də saraırmı, nənə,
Qırışarmı sənin kimi dərisi?
_____________________________
Mən də sənintək olarammı nənə?
Söylə görüm bu əhvalı bir mənə.
Məgər mənim bu gördüyüm, halətim.
Dəyişilib oxşayarammı sənə?

Nənə öz tərəfindən “Molla Nəsrəddin” dən təvvəqə edir qıza cavab versin.

“Molla Nəsrəddin”in qıza cavabı

Qızım, sən bilmirsən, dünyada nə var,
Nəql eyləyim, əgər qulaq asarsan,
Səntək qızlar hələ gəlin oynadar,
Hələ sən lətifsən, almasan, narsan.
_______________________________
Keçir günlər, çatar səkkizə yaşın
Çağırar hirslə səni dadaşın,
Turşudar üstünə gözlərin, qaşın
Diqqətilə sən də ona baxarsan.
______________________________
Söyləyər dadaşın sənə bir kərə:
Mən səni, ey quzum, vermişəm ərə!
Başını qorxudan əyibən yerə,
Bir söz danışmayıb sən lal olarsan.
________________________________
Bir molla gətirər pulu və qəndi,
Salar gərdəninə kəməndi, bəndi,
Dəxi hara tərpəşəcəksən indi,
Qızım gör bir nə günlərə qalarsan?
____________________________________
Axırda zor ilə olar sənə ər
Qırx yaşında dəvə kimi bir nəfər
Boynu yoğun, əqli nazik, özü xər,
Onda sən başına nə daş salarsan?
__________________________________
Bundan sonra dəxi günün qaradı,
Qızım, bu bir sağalmayan yaradı,
Ta indi gedəcək yerin haradı?
Dəxi bundan sonra tez qocalarsan.
_______________________________________
Eşidərsən ərindən acı sözü,
Ya azdı bozbaşın, ya çoxdu duzu,
Tək oturub edər naharı özü,
Sən dalanda yalqızca dolanarsan.
________________________________
Bir gün eşidərsən, bir arvad alıb,
Səni gözdən dəxi bilmərrə salıb,
Bir ayrı otaqda sən yetim qalıb,
Tazə arvadına sən qurtdanarsan.
_______________________________
Sonra gedib alar bir özgəsini,
Salar üçüncüyə öz həvəsini,
Arvadların kəsilməyən səsini
Eşidib, od tutub sən odanarsan.
___________________________________
Bir gün onnan, bir gün bunnan vuruşar,
Bu gün onnan, sabah sənnən duruşar,
Bu cür, qızım, axır alnın qırışar,
Söz yox ki, nənəni yada salarsan.


 


Tarix : 22-02-2012, 16:11 Çap et  
 
BÖLMƏLƏR


 
SON XƏBƏRLƏR

 
Mayın 18-də Azərbaycan fotoqraflarının sərgisi nümayiş olunub
Dünən Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyində “Dolqoe exo voynı” (Долгое эхо войны) sərgisinin açılışı keçirildi.

“Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Zirə qəsəbə Mədəniyyət Mərkəzi Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ...

C.Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Cəfər Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş tədbir keçirildi.

Xalq şairi Fikrət Qocanın iki kitabının təqdimatı keçiriləcək
Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” və “Dayanacaqda ...

Oxucu-rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirildi (Fotosessiya)
Mayın 18 -də Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 28 may Respublika Gününə həsr ...

“Muzeylər milli sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil olundu (Fotosessiya)
May ayının 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 may - “Beynəlxalq muzeylər günü”nə həsr olunmuş “Muzeylər ...

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.