Qərbi Azərbaycan ərazisi Bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrindən biridir.
Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənubi-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29,8 min km 2 sahəni əhatə edən bu diyar çağdaş dünyada “Ermənistan Respublikası” adı ilə erməni-hay dövləti kimi tanınsa da, onun ərazisi son qarışısına qədər qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.
Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri-qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdalşar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.
Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz hərbi yürüşlər, müharibələr nəticəsində, xüsusilə zaman-zaman bu yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi isə erməniləşdirilərək mənimsənilsə də, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmamışdır. E.ə. V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim ərazilərin ən qədim dövrlərdən üzü bəri Türk-Oğuz boylarının anayurdu olduğuna heç bir şübhə yeri qoymur.
Qərbi Azərbaycan ərazisinin qədim Türk tarixi ilə bağlı bilgilərə qədim Asur və Urartu mixi yazılarında da tez-tez rast gəlirik. Öncə xatırladaq ki, e.ə. 1200-cü ilə aid Asur yazılarında adı çəkilən türksoylu Xarxar // Qarqar ölkəsinə həm də indiki Qərbi Azərbaycan ərazisi daxil idi. Təsadüfi deyil ki, Xarxar // Qarqar //Gərgər//Herher variantlarında günümüzə qədər gəlib çıxan bu etonimin izləri bu gün Bütöv Azərbaycan, o cümlədən Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimdə yaşamaqdadır. Təkcə elə İrəvan xanlığı tərkibinə daxil olan 15 mahaldan 2-si (Qarnibasar və Qarbibasar) bu etnosun adını daşımışdır.
İrəvan və naxçıvan xanlıqlarının ruslar tərəfindən işğalından sonra 1828-ci il Türkmənçay bağlaşmasından sonra isə vəziyyət kökündən dayişir. Bu ərazilərdə İran və Türkiyəyə qarşı erməni-xristian bufer dövləti yaratmaq məqsədilə Rusiya bu torpaqlara 1828-1829-cu ilılərdə İrandan, 1830-cu ildə Türkiyədən çoxlu erməni köçürüb gətirir. Həmin köçürmələr sonrakı onilliklərdə daha intevsiv şəkil alır. Ermənilərin bölgəyə gətirilməsi ilə bərabər yerli türk-azərbaycanlı əhalisi də sıxışdırılıb çıxarılır, çox vaxt da bu, dövlət səviyyəsində həyata keçirilir.
Ermənilərin Cənubi qafqazda yerləşdirilməsini onilliklər üzrə qruplaşdıran N. Şavarov 1911-ci ildə nəşr etdirdiyi “Cənubi Qafqazda rus işinə yeni təhlükə” əsərində öz hesablamalarına belə yekun vurur: “XX əsrin başlanğıcında Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan çoxu bu rayonun yerli əhalisi deyildir, onlar buraya bizim tərəfimizdən köçürülmüşlər”.
Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk-xristian abidələrinə sahib çıxması da məhz XIX əsrdə geniş vüsət alır. Bununla belə kifayətlənməyən ermənilər özlərininkiləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırlar. Buna görə də bütün orta əsrlər tarixi mənbələrində “məscid və minarələr şəhəri” kimi qeydə alınan İrəvan şəhərində bu gün yalnız bir məscid qalmaqdadır ki, onun da ermənilər düqnya ictimaiyyətinə fars məscidi kimi təqdim edirlər. Neçə-neçə rus generalının başını aşağı endirən, rusların 25 illik fasiləsiz hücumlarına mətanətlə sinə gərən məşhur İrəvan qalasının bu gün izi-tozu yoxdur. Bu gün avropa səyyahlarını heyran qoyan möhtəşəm Sərdar Sarayı, onun Güzgülü salonu artıq bir nağıldır.
1832-ci ildə İ. Şopen İrəvan şəhərində 12 məscid, qeydə almışdı: 1) Qala məscidi, 2) Şah Abbas məscidi, 3) Zal xan məscidi, 4) Novruzəli bəy məscidi, 5) Sərtib xan məscidi, 6) Hüseynəli xan məscidi, 7) Hacı İmamverdi məscidi, 8) Hacı Cəfər məscidi və daha dörd məscidin xarabalıqları. İndi nə o məscidlər var, nə də İrəvan adlı o qədim Türk şəhərində, Qərbi Azərbaycan adlı o qədim Türk diyarında bir nəfər yerli-türk əhalisi.1905, 1918-1920, 1948-1953,1988-ci illərdə Qərbi Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqrımları bu bölgəni bütünlüklə yadelli ermənilərin işğalı altına salmışdır.
Lakin heç bir işğal altında olan ərazilərin tarixi-etnik mənsubiyyətini, o ərazilərdə minillər boyu yaşamış etnosun izlərini tamamilə silib ata bilməz.
Dünya bilməlidir ki, Ermənistan ərazisində yerləşən və bu gün dünya ictimaiyyətinə "qədim erməni abidələri" kimi təqdim olunan qədim yaşayış məskənləri qalıqlarının, nekropol və kurqanların, qala, saray və qəsrlərin, karvansara, körpü bə dini məbədlərin çox böyük əksəriyyəti Azərbaycana xalqına məxsusdur.
Bu kitab Azərbaycan dilində yazılmış və alman, fransız, ingilis rus dillərinə tərcümə edilmişdir.
Əziz oxucular bu kitabı Səbail rayon MKS-in Mərkəzi Kitabxanasında əldə edə bilərsiniz.