TƏQVİM

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 


 
ARXIV

May 2012 (81)
Aprel 2012 (367)
Mart 2012 (202)
Fevral 2012 (115)
Yanvar 2012 (57)
Dekabr 2011 (44)
 


 
SORĞU


Yaxşıdır
Pis deyil
Pisdir


 


 
Linklər













  Yeni kitablar  
 
Yeni kitablar

Heydər Əliyev və mədəniyyət [Mətn]: III cilddə. C. I red. L. Məmmədova. –B.: Nurlar, 2008. - 504 səh.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətini əks etdirən üçcilidliyin birinci cildində dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə, incəsənətinə, kinosuna, ədəbiyyatına, memarlığına, turizm sahəsinə qayğısını səciyyələndirən materiallar toplanmışdır.
________________________________________________________

Heydər Əliyev və mədəniyyət [Mətn]: III cilddə. C. II red. L. Məmmədova. - B.: Nurlar, 2008. - 520 səh.

Böyük siyasətçi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin fəaliyyətini əks etdirən “Heydər Əliyev və mədəniyyət” kitabınnın ikinci cildində ulu öndərin Azərbaycanın mədəniyyət, ədəbiyyat və elm xadimləri ilə keçirdiyi tarixi görüşlərini, əbədi-mədəni irsə, maddi-mədəni abidələrə qayğısını əks etdirən materiallar, habelə nitq və çıxışları toplanmışdır.

________________________________________________________

Heydər Əliyev və mədəniyyət [Mətn]: III cilddə. C. III / red. L. Məmmədova. – B.: Nurlar, 2008. - 536 səh.

Oxuculara təqdim olunan “Heydər Əliyev və mədəniyyət” adlı toplunun üçüncü cildinə Azərbaycan xalqının ümumuilli lideri Heydər Əirza oğlu Əliyevin 1999-2003- cü illərdə ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimləri ilə görüşləri, müsahibələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.

________________________________________________________

Yeni kitablar


Prezident İlham Əliyev və mədəniyyət [Mətn] : II cilddə. C. I / red . A . Dənzizadə. –B.: İdeal- Print, 2008. - 506 səh.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə nəşr olunan iki cildlik “Prezident İlham Əliyev və mədəniyyət” kitabında İlham Əliyevin 5 illik prezidentliyi dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, onlarla xüsusi ünsiyyət və söhbətlər, habelə mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri və digər materiallar toplanmışdır.

________________________________________________________

Yeni kitablar


Əhmədov S. Azərbaycan tarixindən yüz şəxsiyyət [Mətn] /red. M. Nəbioğlu - B.: Nağıl evi, 2009. - 388 səh.

Azərbaycan tarixində yüzlərlə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəsillərə örnək ola bilər. Həmin insanların taleyi haqqında məlumat verən bu nəşr toplu xarakter daşıyır. Burada dünyanın yüz məşhur yazıçı və şairləri, elm, mədəniyyət və siyasi xadimləri ilə tanış olmaq mümkündür. Tomris, Cavanşir, Babək, Füzuli, Şah İsmayıl Xətai, Uzun Həsən, M.F.Axundzadə, Səməd Vurğun, Heydər Əliyev sanki əsrlərin, illərin arxasından baxır, oxucuları öz həyatlarından nümunə götürməyə çağırır.

________________________________________________________

Yeni kitablar


Azərbaycan Xalq Cümhuriyyəti -90 (1918-1920) [Mətn]: Biblioqrafiya / red. Səfərəliyeva G. - Bakı, 2008. -265 s.

________________________________________________________

Yeni kitablar


Əliyev F. Həsənov U. İrəvan xanlığı [Mətn] / F.Əliyev, U.Həsənov; red. K. Şükürov. - B.: Şərq-Qərb, 2007. - 144 səh.

Bu kitabda mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi tarixi təqdim edilir, həmçinin 1747-1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan ərazisində, Rusiya imperiyasının tərkibində “erməni dövləti” yaratmaq üçün müxtəlif məktublarla dönə-dönə Rusiya dövlətinə müraciət etmələri barədə maraqlı məlumatlar verilir.

________________________________________________________

Yeni kitablar


Hacıyev N. Dağlıq Qarabağın tarixindən sənədlər [Mətn] / N. Hacıyev; red.S.Xəlilova. –B.: Gənclik, 2005. - 192 səh.

Kitabda Dağlıq Qarabağla bağlı olan çoxsaylı hadisələr və məlumatlarla zəngindir. Kitab xronoloji qaydada yazılmışdır.

________________________________________________________

Yeni kitablar


Nəcəfov B. Düşmənin iç üzü [Mətn] / B. Nəcəfov ; red. N. Seyidəliyev. Hissə I . –B.: Çaşıoğlu, 2007. - 440 səh.

Kitabda XIX əsrin sonlarında “Daşnaksütyun” partiyasının fəaliyyətində özünün bitkin ifadəsini tapan erməni terrorçuluğunun insanlığa zidd mahiyyəti ifşa olunur. Kitabın birinci hissəsində 1890-1917-ci illər dövrü öz ifadəsini tapır.

________________________________________________________

Nəcəfov B. Düşmənin iç üzü [Mətn] / B. Nəcəfov ; red. N. Seyidəliyev. Hissə II . –B.: Çaşıoğlu, 2006. - 436 səh.

Monoqrafiyanın 2-ci cildi erməni terrorizminin insanlığa zidd mahiyyətinin xüsusilə bariz təzahür olunduğu 1917-1924-cü illər dövrünü əhatə edir. Kitabda ermənilərin 1918-ci ilin martında Bakıda törədilmişqanlı hadisələrdəki rolu, Zəngəzurda, Qarabağda və Azərbaycanın digər rayonlarında etdikləri vəhşiliklər göstərilir.

________________________________________________________

Yeni kitablar


Nəcəfov B. Deportasiya [Mətn] / B. Nəcəfov ; red. N. Seyidəliyev. Hissə III . –B.: Çaşıoğlu, 2006. - 320 səh.

Bu kitab müəllifin “Düşmənin iç üzü. XIX əsrin sonları və XX əsrin əvvəllərində Zaqafqaziyada erməni millətçiliyinin tarixi” monoqrafiyasının qanunauyğun davamı olub 1947-1953-cü illərdə azərbaycanlı əhalinin Ermənistandan kütləvi deportasiyası, köçürülməsi məsələlərindən bəhs edir.

________________________________________________________

Yeni kitablar


Nəbioğlu R. Hüseyn Cavidin estetik idealı [Mətn] / Rasim Nəbioğlu ; red. İ. İsrafilov. - B.: Nurlan, 2009. - 160 səh.

Bu kitabdakı monoqrafik tədqiqat müəllifin 24 may 1991-ci ildə müdafiə etdiyi “Hüseyn Cavidin estetik idealı” dissertasiyası əsasında hazırlanmışdır. Kitabda monoqrafiyanın Azərbaycan dilində mətni, dissertasiyanın rus dilində avtoreferatı və ingilis dilində xülasəsi daxil edilmişdir.

________________________________________________________

Yeni kitablar


Rəhilə G. Xəbərin rəngi [Mətn] / G. Rəhilə; red. Rəşad Məcid. - B.: Kür- Araz, 2009. - 224 səh.

Bu kitab XX əsr Azərbaycan mətbuatı və ictimai fikir tarixində görkəmli yer tutan, dövlət xadimi, ustad redaktor Nəsir İmanquliyevin həyatından, yaradıcı əməyindən, eyni zamanda onun çağdaş mətbuatımıza örnək ola bilən mətbuat meyarlarından bəhs edir.

________________________________________________________

Yeni kitablar


Zəlimxan Y. Millətdə, dövlətdə, sənətdə [Mətn] / Y.Zəlimxan ; red. M.Nəbioğlu. - B.: Nağıl evi, 2009. - 388 səh.

Xalq şairi Zəlimxan Yaqubun ictimai-siyasi və bədii-publisistik fəaliyyətini əks etdirən bu kitabda onun müxtəlif dövlət tədbirlərində və görkəmli şəxsiyyətlərin yubileylərindəki çıxışları, sənəti ilə bağlı fikirləri və həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanmışdır.

________________________________________________________

Yeni kitablar


Şükürov A. Şərq fəlsəfəsi və filosofları [Mətn] / A. Şükürov; red. M. Cəlilov- B.: Əbilov, Zeynalov və oğulları. - 2009. - 388 səh.

Əsər Şərqin müsəlman bölgəsinin ən azı 5 min illik tarixinin mifologiyası, fəlsəfəsi və dünyagörüşünə həsr olunmuşdur. Azərbaycanlı oxucu əksər filosoflarla ilk dəfə ana dilində tanış olacaq. Kitab müəllim, aspirant, tələbə və Şərq fəlsəfəsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.

________________________________________________________

Yeni kitablar


Tağıyeva R. Azərbaycan xalçası məişətdə [Mətn] / R. Tağıyeva; red. R. Əfəndiyev, T. Bünyadov- B.: Şeyx Şəfi. - 2006.- 144 səh.

Oxuculara təqdim olunan kitabda bütün bəşəriyyətin nadir incilərindən olan Azərbaycan xalçaları etnomədəni tarixi kontekstində araşdırılır, xalçaların maddi mədəniyyətin əvəzsiz elemenlərindən biri kimi azərbaycanlıların adət-ənənəsində və məişətində rolu, əhəmiyyəti göstərilir.

________________________________________________________

Yeni kitablar


Hacıbəyov Ü. Leyli və Məcnun [Not]: Libretto / Ü. Hacıbəyov; red. S. Fərəcov. -B.: Çinar-Çap, 2008. -210 s.

Kitabda “Leyli və Məcnun” operasının liberettosu verilmişdir.

________________________________________________________

Yeni kitablar


Rəhimli İ. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı [Mətn] / İ. Rəhimli; red. F. Əliyeva. –B.: Nağıl evi, 2008.- 376 səh.

Kitab milli Azərbaycan operasının yaranması və inkişafı tarixindən söhbət açır. Milli operanın sələfi sayılan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bu günündən danışır.Monoqrafiyada teatrın səhnəsində tamaşaya qoyulan opera və baletlər, həmin bu teatrın səhnə ustaları haqqında məlumat verilir.

________________________________________________________

Yeni kitablar


Varis. Sonuncu ölən ümidlərdir [Mətn] : Varis; red. Ə. Paşayeva. –B.: Qanun nəşriyyat, 2010. - 351 səh.

Bu əsərin mövzusu real həyatımızdan götürülmüşdür. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bir sevgi əhvalatıdır.

________________________________________________________

Yeni kitablar


Varis. Bir ovuç torpaq [Mətn] : Varis; red. Ş. Cəlilli. –B.: Vektor nəşrər evi, 2009. - 319 səh.

“Bir ovuç torpaq” romanı real hadisələr əsasında qələmə alınıb, burada sevgi və vətənpərvərlik motivləri, cinayətkar aləmin yaşantıları önə çəkilib.

________________________________________________________

Yeni kitablar


Varis. Sənə inanıram [Mətn] : Varis; red. R. Mədəd –B.: Apostrof çap evi, 2010. - 349 səh.

Sevgi və xəyanət, insanın cəmiyyətdə öz yerini tapa bilməməsi, xoşbəxtlik axtarışları son dərəcə dramatik və gözlənilməz süjet xətti ilə birlikdə maraqlı bir romanın yaranmasını təmin etmişdir.

________________________________________________________

Yeni kitablar


Иманова А. Любовь и тайны нашего города [Текст]: Повести и рассказы / А.Иманова. -Б.: Азербайджан, 2007. -240 с.

Kitabda mövzusu şəhər həyatından götürülmüş hekayələr toplanmışdır.

________________________________________________________

Yeni kitablar


Гулиев Г. Жизнь и творчество М.Асад-бека ( Курбана Саида) [Текст] / Г.Гулиев. -Б.: Нурлан, 2007. -204 с.

Kitab Məhəmməd Əsəd bəyin (Qurban Səidin) həyat və yaradıcılığı haqqındadır.

________________________________________________________

Yeni kitablar


Гулиев Г. Эмигрантская литература Азербайджана [Текст] / Г.Гулиев.-Б.: Нурлан, 2007. -264 с.

Kitabda xaricdə yaşayan həmvətənlərimizin bədii yaradıcılığı haqqında elmi məqalələr toplanmışdır.

________________________________________________________

Yeni kitablar


Лятифхан Г. Дочери рода моего [Текст]: Роман / Г.Лятифхан. - Б.: Гаранфил, 2006. - 528 с.

Roman azərbaycan ailəsinin üç nəslinin həyatına həsr edilmişdir. Romanın əsas hadisələri bizim tariximizin keçid dönəmində (XX əsrin 80-90-cı illəri) təsadüf edir.

________________________________________________________

Yeni kitablar


Абдулла К. Все мои печали [Текст]: Пьесы / К.Абдулла. - Б.: Мутарджим, 2009. - 404 с.

K.Abdullanın pyeslərində insanın mənəvi axtarışları əks olunur.

________________________________________________________

Yeni kitablar


Расулзаде Н. Островок[Текст]: повести и рассказы, пьесы, сценарии / Н. Расулзаде. - Б.: Apastrof çap evi, 2008.- 500 с.

Kitaba daxil olan əsərlər məhəbbət, həyat və insanın mənəvi aləmindən bəhs edir.

________________________________________________________

Yeni kitablar


Antik ədəbiyyat antologiyası / tərt.Ə.Sultanlı,red.F.Quliyev. - Bakı: Şərq-Qərb, 2010. - 824 səh. - (Dünya ədəbiyyatı antologiyaları) . - 7000 nüs. - ISBN 978-9952-448-66-5

Oxuculara təqdim edilən bu kitaba qədim yunan xalq ədəbiyyatı nümunələri, müxtəlif əsatirlər və miflər, eyni zamanda antik yunan ədəbiyyatı korifeylərindən Homerin, Sofoklun, Aristotelin, Aristofanın uzun əsrlər boyu dünya ədəbiyyatı xəzinəsinı bəzəyən inciləri və qədim Roma ədəbiyyatından nümunələr daxil edilmişdir.

________________________________________________________

Yeni kitablar


Şiller Fridrix
Seçilmiş əsərləri / F.Şiller ; tərc.M.Məmmədov,H.Şərifov,N.Rəfibəyli, red.A.Dadaşov. - Bakı: Şərq-Qərb, 2009. - 376 səh. - ( Dünya ədəbiyyatı klassikləri). - 7000 nüs . - ISBN 978-9952-34-243-7


Almaniyada maarifçiliyin tanınmış nümayəndəsi ,yeni alman ədəbiyyatının banilərindən olan Fridrix Şiller öz yaradıcılığı ilə doğma xalqının milli mənafeyi uğrunda çıxış edən qüvvələri zülmə və istibdada,köləliyə və cəhalətə qarşı mübarizəyə çağırmışdır.Oxuculara təqdim olunan bu kitaba qüdrətli qələm sahibinin məzmunca bir-biri ilə səsləşən üç əsəri daxil edilmışdir:”Qaçaqlar”,” Genuyada Fieskonun suiqəsdi”,Məkr və məhəbbət”.

________________________________________________________


Yeni kitablar


Cerom Devid Selincer,
Seçilmiş əsərləri / C.D.Selincer ; tərc.T.Vəliyev, red.C.Nağıyev. - Bakı: Şərq-Qərb, 2009. - 488 səh. - (Müasir dünya ədəbiyyatı) . - 7000 nüs. - ISBN 978-9952-34-235-2


C.D.Selincer bu gün də dünyanın ən çox oxunan yazıçılarından biridir.Əsərlərinin dünyanın əksər dillərinə təkrar-təkrar nəşr olunmasının başlıca səbəbi isə yazıçının,cəmiyyətin eybəcər sifətləri ilə heç cür barışa bilməyən gənc,üsyankar qəhrəmanlarıdır.Oxuculara təqdim olunan kitaba C.D.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”romanı,”Doqquz hekayə” əsəri və iki povesti daxil edilmişdir.

________________________________________________________

Yeni kitablar


Erix Maria Remark,
Seçilmiş əsərləri / E.M.Remark ; tərc.V.Hacıqızı,Ç.Qurbanlı, red.M.Qarayev. - Bakı: Şərq-Qərb, 2009. - 672 səh. - (Müasir dünya ədəbiyyatı). - 7000 nüs. - ISBN 978-9952-34-29-38-3


Erix Maria Remark bütün yaradıcılığını müharibə mövzusuna həsr etmiş, ”Qayıtma”, ”Qərb cəbhəsində təbəddülat yoxdur”,”Zəfər tağı”,”Lissabon gecəsi”, “Müqəddəs torpaq” və b.romanları ilə ötən yüzilliyin epik mənzərəsini ustalıqla yaratmışdır.Bu kitab E.M.Remarkın Azərbaycan oxucusu ilə ilk sanballı görüşüdür
________________________________________________________


Yeni kitablar


Pamuk Orxan
Seçilmiş əsərləri / O.Pamuk ; tərc.N.Əbdülrəhmanlı, red.Ə.Rəsulov. - Bakı: Şərq-Qərb, 2009. -616 səh. - ( Nobel mükafatı laureatlarının əsərləri) . -7000 nüs. - ISBN 978-9952-34-240-6


Məşhur türk yazıçısı,2006 –cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk “Mənim adım Qırmızı”romanında 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir.Roman bir çox məziyyətlərlə yanaşı ,Nizaminin əsərlərinə çəkilmiş miniatürlər,böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri,ümumiyyətlə,nəqqaşlıq sənəti haqqında bənzərsiz hekayətdir.Kitaba yazıçının hekayəsi və sənədli nəsrindən parçalar da daxil edilmişdir.
________________________________________________________


Yeni kitablar


Şekspir Uilyam
Seçilmiş əsərləri / U. Şekspir,Uilyam ; tərc.S.Mustafa, red.S.Novruzov. - Bakı: Şərq-Qərb, 2009. - 776 səh. - (Dünya ədəbiyyatı klassikləri) . - 7000 nüs . - İSBN 978-9952-34-218-5


İntibah dövrünün dram sənəti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Uliyam Şekspirin adı çəkilir.Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəklik, insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi dayanan Şekspir yaradıcılığı elə bir mənəvi zirvədir ki, coğrafi sərhədlər, etnik müxtəlifliklər tanımır və zamana sinə gərir.Bu kitabda dahi dramaturqun beş ən məşhur faciəsi daxil edilmişdir.“Romeo və Cülyetta”da təmiz məhəbbət, “Otello”da fəlakətə düşmüş böyük inam , “Kral Lir”də ülvi ata sevgisi , “Hamlet” və “Maqbet” əsərlərində isə hakimiyyət ehtirası ön plana çəkilir.

________________________________________________________

Yeni kitablar


Hamsun Knut
Seçilmiş əsərləri / K.Hamsun ; tərc.N.Qocabəyli, red.C.Nağıyev. - Bakı: Şərq-Qərb, 2009. - 576 səh. - (Nobel mükafatı laureatlarının əsərləri) . - 7000 nüs. - İSBN 978-9952-34-234-5


Nüfuzlu Norveç naşirlərindən sayılan “Norveç ədəbiyyatı tarixi” (1974-1975) altıcildliyinin müəlliflərindən birinin fikrincə , Knut Hamsun Norveç ədəbiyyatının “ən istedadlı, ən məşhur və ən mübahisəli” nümayəndəsidir.Kitaba yazıçının iki romanı daxil edilmişdir. “Torpağın bərəkəti” əsərində yazıçı patriarxal ənənələrə sadiqliyini və torpağa çoxəsrlik bağlılığını qoruyan Norveç kəndlilərinin həyatını nağılvari bir üslubda qələmə almışdır. Hamsunun öz sözlərinə görə o, “Aclıq” romanında “ ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını , onun əsəb sarsıntılarını təsvir etməyə səy göstərib”.
___________________________________________________________

Yeni kitablar


Elçin. Ömrün Anları. Mətn red.Emin Əfəndiyev.-B.: Çinar-Çap, 2009.-656 səh.

Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, xalq yazıçısı, professor Elçinin həyatı, yaradıcılıq yolu, dövlət xadimi kimi ictimai-siyasi fəaliyyəti müxtəlif illərdə çəkilmiş fotoşəkillərdə təsvir edilmişdir. Eləcə də dövrümüzün görkəmli elm xadimlərinin Elçinin şəxsiyyəti, yaradıcılıq və fəaliyyəti haqqında söylədikləri fikirlərdən seçmə sitatlar fot-alboma daxil edilmişdir.
____________________________________________________________

Yeni kitablar


Qara Qarayev. Tələbələrin xatirəsəndə. [Mətn] /red. Lalə Hüseynova.-B.: Şərq-Qərb, 2009.-224 səh.

Kitab-fotoalboma daxil olan xatirələr bəstəkar-pedaqoqun çoxnəsilli tələbələrinə məxsusdur. Bəstəkarın müxtəlif yaradıcılıq dövrlərinə aid yaddaqalan anları çoxsaylı foto-şəkillərlə təmsil olunur. Burada Qara Qarayevin yaradıcılıq fəaliyyətinin bütün sahələri xronoloji ardıcılıqla işıqlandırılmışdır.
________________________________________________________________

Yeni kitablar


Əli Əmirli. Hasarın o üzü.[ Mətn] / red. Akif Dənzizadə.-B.:İdeal-Print, 2010.-500 səh.

Ə.Əmirlinin “On beş pyes” kitabından sonra oxuculara təqdim etdiyi “Hasarın o üzü “ onun ikinci pyeslər kitabıdır. Kitaba daxil edilmiş əsərlərin əksəriyyəti teatrla bağlıdır. “Köhnə ev”, “Varlı qadın”, “Mesenat”, ”Sevən qadın” Akademik Milli DramTeatrında ən çox oynana tamaşalardandır.
_____________________________________________________________________

Yeni kitablar


Məmmədov.T.A. Koroğlu aşıq havaları. [Mətn]/ red. Cəmilə Həsənova.- B.: Apastrof, 2010.-376 səh.

Etnomusiqişünas, professor T.A.Məmmədovun monoqrafiyası şifahi epos ustadlarının- Koroğluxanların sənətkarlığı ilə bağlı problemlər kompleksinin ümumiləşdirilmiş tədqiqatıdır. Kitabda ənənəvi şifahi-eşitmə yolu ilə yaradılan peşəkar epik rəvayət mədəniyyətinin metodoloji xüsusiyyətlərinə xüsusi xüsusi bölmələr həsr olunmuş, ənənələrin qorunması şəraitində, onlara əsaslanan mətn variantlılığının tipoloji və poetik səciyyəsi verilmişdir. Burada ilk gəfə olaraq, Koroğlu epik havalarının Azərbaycan və Türk aşıqlarının ifasında yazılmış orjinal not yazıları işıq üzü görür.
________________________________________________________________________



 


Tarix : 16-05-2011, 15:46 Çap et  
 
BÖLMƏLƏR


 
SON XƏBƏRLƏR

 
Mayın 18-də Azərbaycan fotoqraflarının sərgisi nümayiş olunub
Dünən Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyində “Dolqoe exo voynı” (Долгое эхо войны) sərgisinin açılışı keçirildi.

“Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Zirə qəsəbə Mədəniyyət Mərkəzi Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ...

C.Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Cəfər Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş tədbir keçirildi.

Xalq şairi Fikrət Qocanın iki kitabının təqdimatı keçiriləcək
Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” və “Dayanacaqda ...

Oxucu-rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirildi (Fotosessiya)
Mayın 18 -də Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 28 may Respublika Gününə həsr ...

“Muzeylər milli sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil olundu (Fotosessiya)
May ayının 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 may - “Beynəlxalq muzeylər günü”nə həsr olunmuş “Muzeylər ...

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.