TƏQVİM

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 


 
ARXIV

May 2012 (81)
Aprel 2012 (367)
Mart 2012 (202)
Fevral 2012 (115)
Yanvar 2012 (57)
Dekabr 2011 (44)
 


 
SORĞU


Yaxşıdır
Pis deyil
Pisdir


 


 
Linklər













  Struktur  
 
Nüşabə Nazir qızı Ələkbərova

Direktor

__________________________________

Rəhilə Sabir qızı Əliyeva

Direktor müavini
__________________________________

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbələri


Kütləvi tədbirlərin təşkili şöbəsi

Struktur


Bu şöbə kitab fondlarının oxucular üçün daha geniş şəkildə açılmasına, günün ən zəruri mövzuları üzrə ədəbiyyatın məhz kitab sərgiləri, biblioqrafik icmallar, ucadan oxular, mühazirələr, ədəbi-bədii gecələr, anım günləri və digər kütləvi tədbirlər vasitəsilə təbliğinə, oxucu zövqünün, estetik dünyagörüşünün inkişafına, mənəvi-milli dəyərlər səviyyəsində formalaşmasına kömək edir.

Struktur



Şöbənin müdiri:Cəmilə Söhrab qızı Səmədova

__________________________________
Oxuculara xidmət şöbəsi (azərbaycan və rus abonementi)


Struktur


Şöbə oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə kitabxana-biblioqrafiya və informasiya xidmətləri göstərir. Şöbənin fondu bədii və elmi ədəbiyyatla, müxtəlif dərs vəsaitləri ilə zəngindir. Buradan ayrı-ayrı oxucu qrupları istifadə edir. Respublikada “Açıq rəf” üsulu ilk dəfə bu şöbənin işində tətbiq edilmişdir.
Müxtəlif yaşlı oxucular fonddakı ədəbiyyatdan həvəslə istifadə edirlər. Kitablar oxuculara 15 gün müddətinə istifadə etmək üçün verilir. Şöbə kitabların vaxtında qaytarılmasına sistematik olaraq nəzarət edir və kitabxanadan istifadə qaydalarında nəzərdə tutulan müddətdən artıq saxlanıldıqda tədbir görür. Şöbənin fondu ilə mütəmadi olaraq iş aparılır. Fond ən aktual ədəbiyyatla komplektləşdirilir, cırılmış və səliqəsiz halda olan, o cümlədən məzmun etibarilə köhnəlmiş ədəbiyyatdan təmizlənir.
Şöbə oxucualrının tələbatını daha dərindən öyrənmək üçün sorğu-anketlər hazırlayır və onların əsasında ən zəruri ədəbiyyatı əldə edə bilir. Bu isə daha çox oxucu kütləsini kitabxanaya cəlb edilməsinə kömək edir.

Struktur



Şöbənin müdiri:Kadıkova Tatyana Viktorovna

__________________________________
Kitabişləmə və Komplektləşdirmə şöbəsi
Struktur


Komplektləşdirmə və kitabişləmə şöbəsi Mərkəzi Kitabxananın
ən mühüm şöbələrindən hesab olunur. Kitabxananın, o cümlədən
MKS-in bütün fondu məhz bu şöbə tərəfindən komplektləşdirilir.
Şöbə yeni daxil olmuş ədəbiyyatın uçotunu aparır, fondların
tərkibinin öyrənilməsini və yeni kitabların işlənilməsini həyata keçirir.

Struktur


Şöbənin müdiri:Lalə Suleyman qızı Ağayeva

__________________________________
Elektron-İnformasiya xidməti və biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi


Struktur


Bu şöbə 2011-cı ildən fəaliyyətə başlamışdır və əsas məqsədi İnformasiya texnologiyalarının kitabxanalarda tətbiqinə elektron kataloqun, elektron kitabxananın yaradılması, oxucuların informasiya tələbatlarının daha dolğun və informasiyalaşdırılmış cəmiyyət şəraitinin tələblərinə uyğun şəkildə ödəməkdən ibarətdir.
Şöbə yarandığı gündən bu istiqamətdə xeyli işlər görmüşdür. Belə ki, hazırda MKS-in fondunda olan ədəbiyyatın biblioqrafik göstəriciləri kompyuterin yaddaşına verilərək MKS-in elektron kataloqunun yaradılmasına öz töhvəsini vermişdir. Hal-hazırda bu və digər istiqamətlərdə iş davamlı şəkildə aparılır. Şöbə MKS-in saytının maraqlı və lazımlı olması üçün daha maraqlı materialları, eyni zamanda MKS-in gündəlik fəaliyyəti ilə keçirilən tədbirlər mütəmadi olaraq saytda yerləşdirilərək geniş oxucu auditoriyasına çatdırılır. Yazılar elektron kataloqunda Virtua proqramı ilə Marc -21 formatında təqdim olunur.

Struktur


Şöbənin müdiri:Səkinə İnqilab qızı Əliyeva
________________________________
Oxu zalı

Struktur


Mərkəzi kitabxananın oxu zalı oxucuların qarşısına dərsliklər və dərs vəsaitləri, soraq və məlumat nəşrləri, cari dövri nəşrləri təqdim etməklə çıxır. Oxu zalının fondunda bütün bunlarla yanaşı kitabxanaya bir nüsxədə daxil olan ədəbiyyat toplanır ki, bu da ona kitabxanadakı ən zəruri ədəbiyyatının mühafizəsinə kömək edir. Oxu zalından elmin və mədəniyyətin, təsərrüfatın müxtəlif sahələrində çalışan insanlar, tələbələr, məktəblilər, təqaüdçülər istifadə edirlər. Bu şöbədə də abonementdə olduğu kimi bir-birindən maraqlı tədbirlər həyata keçirilir.

Struktur



Şöbənin müdiri:Aidə Qabil qızı Həşimova
_____________________________
Metodiki şöbə
Struktur


Bu şöbə həm Mərkəzi Kitabxananın, həm də hər bir kitabxana-filialın fəaliyyətinin forma və metodlarının vahidliyini təmin edir. Şöbənin işçiləri ayda bir dəfədən az olmayaraq sistemin kitabxanalarına ezam olunurlar. Nöqsanlar və işdə buraxılan səhvlər yerindəcə araşdırılır, işçilərə lazımi tövsiyələr verilir. İllik plan və hesabatların hazırlanmasına və onlarda verilən tapşırıqlara riayət edilməsinə nəzarət edir. Şöbə Mərkəzi Kitabxananın, o cümlədən kitabxana-filialların fondlarla və oxucularla apardıqları işin daha da səmərəli olmasına çalışır.

Şöbənin müdiri:Gövhər Əliheydər qızı İbrahimova

 


Tarix : 11-05-2011, 23:53 Çap et  
 
BÖLMƏLƏR


 
SON XƏBƏRLƏR

 
Mayın 18-də Azərbaycan fotoqraflarının sərgisi nümayiş olunub
Dünən Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyində “Dolqoe exo voynı” (Долгое эхо войны) sərgisinin açılışı keçirildi.

“Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Zirə qəsəbə Mədəniyyət Mərkəzi Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ...

C.Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Cəfər Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş tədbir keçirildi.

Xalq şairi Fikrət Qocanın iki kitabının təqdimatı keçiriləcək
Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” və “Dayanacaqda ...

Oxucu-rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirildi (Fotosessiya)
Mayın 18 -də Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 28 may Respublika Gününə həsr ...

“Muzeylər milli sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil olundu (Fotosessiya)
May ayının 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 may - “Beynəlxalq muzeylər günü”nə həsr olunmuş “Muzeylər ...

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.